Bakıda sürücü icarəyə götürdüyü avtomobillə qəza törədib - FOTO - VİDEO

Bakıda sürücü icarəyə götürdüyü avtomobillə qəza törədib - FOTO - VİDEO
# 11 oktyabr 2019 04:17 (UTC +04:00)

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə "Beşmərtəbə" adlanan ərazidə baş verib.

Ceyhun Quliyev icarəyə götürdüyü "KİA Optima" markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən nəqliyyat vasitəsi idarəetmədən çıxıb və "Qış parkı" ətrafındakı yolun səkisinə çırpılıb.

Zərbənin gücündən avtomobil deformasiyaya uğrayıb.

Əraziyə Yasamal Rayon Polis İdarəsi və DYP əməkdaşları cəlb edilib.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR