Bakıda sürücülər arasında dava olub, keçmiş hərbçi döyülüb

Bakıda sürücülər arasında dava olub, keçmiş hərbçi döyülüb
# 09 dekabr 2022 02:40 (UTC +04:00)

Bakının Nəsimi rayonunda dava olub, bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Azadlıq prospektində qeydə alınıb.

"Koala Park"ın qarşısında sürücülər arasında bir-birinə yol verməməyə görə mübahisə düşüb. Mübahisə daha sonra davaya çevrilib.

Nəticədə 1988-ci il təvəllüdlü Əbilov Vurğun İdris oğlu döyülüb, ona küt alətlə xəsarət yetirilib.

O, xəstəxananın neyrocərrahiyə şöbəsinə yerləşdirilib.

Yaxınlarının bildirdiyinə görə, V.Əbilov Dövlət Sərhəd Xidmətinin mayoru olub, bir müddət əvvəl ordudan tərxis edilib. O, "Cəsur döyüşçü" medalı ilə təltif edilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR