Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücülər qəza törədib - FOTO - VİDEO

Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücülər qəza törədib - FOTO  - VİDEO
# 08 oktyabr 2022 02:15 (UTC +04:00)

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə İlqar Cümşüdov və Mirmahmud Kazımovski küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, hadisə şahidlərinin verdiyi məlumata görə, “Toyota” markalı avtomobili idarə edən sürücü qəfil eyni istiqamətdə hərəkətdə olan eyni markalı avtomobilin qarşısına çıxıb.

Toqquşma o qədər güclü olub ki, idarəetmədən çıxan “Toyota” yolayrıcı betona, daha sonra yol nişnanına çırpılaraq dayanıb.

Qəza zamanı bir nəfər xəsarət alıb.

Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR