Bakıda taksi fəaliyyəti ilə məşğul sürücü qəza törədib, xəsarət alan var - FOTO

Bakıda taksi fəaliyyəti ilə məşğul sürücü qəza törədib, xəsarət alan var - FOTO
# 09 sentyabr 2022 06:34 (UTC +04:00)

Bakının Səbail rayonunda avtomobil işıq dirəyinə çırpılıb.

APA xəbər verir ki, hadisə İstiqlaliyyət küçəsində qeydə alınıb.

Belə ki, taksi fəaliyyəti ilə məşğul olan “Toyota Prius” markalı avtomobilin sürücüsü sükan arxasında yuxulayıb. O, sükana nəzarəti itirərək maşını yüksək sürətlə işıq dirəyinə çırpıb.

Qəza nəticəsində sürücü ağır xəsarət alıb. Yaralı təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Qəza nəticəsində işıq dirəyi sıradan çıxıb. Avtomobil isə yararsız hala düşüb.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR