Bakıda taksi qəzaya uğrayıb - FOTO - VİDEO

Bakıda taksi qəzaya uğrayıb  - FOTO  - VİDEO
# 10 may 2022 05:35 (UTC +04:00)

Bakının Nərimanov rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Həsən Əliyev küçəsində baş verib.

Belə ki, taksi fəaliyyəti ilə məşğul olan sürücü idarə etdiyi “KİA” markalı avtomobillə yol hərəkəti qaydalarını pozaraq əks yola çıxıb.

Daha sonra maşın beton maneəyə çırpılıb.

Qəza nəticəsində sürücü xəsarət alıb.

Faktla bağlı əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR