Bakıda taksi piyadaları vurub, ölən və yaralanan var

Bakıda taksi piyadaları vurub, ölən və yaralanan var
# 15 noyabr 2019 09:58 (UTC +04:00)

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində baş verib. Qəsəbə sakini, taksi faəliyyəti ilə məşğul olan, 1990-cı il təvəllüdlü Orxan Məmmədov idarə etdiyi "Daevoo-Centra" markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirərək yolun əks istiqamətinə çıxıb və piyadalar - 1985-ci il təvəllüdlü Xəyyam Hümmətov və 1995-ci il təvəllüdlü Sahil Qaybalıyevi vurub.

Nəticədə X.Hümmətov aldığı xəsarətlərdən ölüb, S.Qaybalıyev isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydasını pozma, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR