Bakıda tanışı orta yaşlı kişini bıçaqlayıb

Bakıda tanışı orta yaşlı kişini bıçaqlayıb
# 05 may 2022 02:21 (UTC +04:00)

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Binəqədi şossesi 53 ünvanında Bakı Poladtökmə Zavodunun qarşısında qeydə alınıb.

1979-cu il təvəllüdlü Talışov Cavid Dursunəli oğlu tanışı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb. O, qarın boşluğunun sol tərəfinin kəsilmiş-deşilmiş yarası xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağll Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR