Bakıda tanışını öldürən şəxsə hökm oxunub

Bakıda tanışını öldürən şəxsə hökm oxunub
# 29 aprel 2022 15:01 (UTC +04:00)

Bakıda tanışını öldürməkdə təqsirləndirilən Zeynal Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Zeynal Zeynalov 17 il azadlıqdan məhrum edilib.
Xatırladaq ki, dövlət ittihamçısı çıxışında Zeynal Zeynalovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, ötən il iyunun 20-də Binəqədi rayonu ərazisində 1985-ci il təvəllüdlü Ramil Oruclunun meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat verilib.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin tanışı 1988-ci il təvəllüdlü Zeynal Zeynalovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Ramil Orucluya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Zeynal Zeynalov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR