Bakıda tək yaşayan yaşlı qadın vəfat edib - FOTO

Bakıda tək yaşayan yaşlı qadın vəfat edib - FOTO
# 23 noyabr 2022 22:26 (UTC +04:00)

Bakının Nərimanov rayonunda ölüm hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Həsənoğlu 62 ünvanında qeydə alınıb.

1956-cı il təvvəllüdlü Mirzəyeva Mülayim Əvəz qızı yaşadığı binanın həyətinə düşərkən səhhətində yaranan problemdən müvazinətini itirərək yerə yıxılıb. Ətrafdakıların müdaxiləsinə baxmayaraq qadının həyatını xilas etmək mümkün olmayıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, qadın mənzildə tək yaşayıb.

Əraziyə polis və prokurorluq əməkdaşları cəlb edilib. Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Elşən Yəhyayev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR