Bakıda torpağa basdırılmış tüfəng aşkarlanıb

Bakıda torpağa basdırılmış tüfəng aşkarlanıb
# 20 may 2022 16:31 (UTC +04:00)

Bakıda torpağa basdırılmış qoşa lüləli ov tüfəngi aşkarlanıb.

Penitensiar Xidmətdən APA-ya verilən xəbərə görə, Ədliyyə Nazirliyi Penitensiar xidmətinin, Xidmətin Müalicə müəssisəsinin əməliyyat aparatının və Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi rayon Polis idarəsinin 6-cı Polis bölməsinin əməkdaşları ilə birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonunun ərazisində torpağa basdırılaraq gizlədilmiş lüləsi və qundağı kəsilmiş qoşa lüləli ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR