Bakıda "Toyota" markalı iki avtomobil yanıb

Bakıda "Toyota" markalı iki avtomobil yanıb
# 19 iyul 2022 09:13 (UTC +04:00)

Bakıda "Toyota" markalı iki avtomobil yanıb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Yasamal rayonunda "Toyota" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Bundan başqa paytaxtın Nizami rayonunda "Toyota" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Yanğınlar yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR