Bakıda transformator məntəqələrindən 25 min manatlıq oğurluq olub

Bakıda transformator məntəqələrindən 25 min manatlıq oğurluq olub
# 07 fevral 2023 16:48 (UTC +04:00)

Bakının Xətai rayonunda yerləşən dövlətin balansında olan transformator məntəqələrindən birindən oğurluq edilib.

DİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, naməlum şəxs məntəqənin qapısını qıraraq oradan gərginlik və cərəyan transfarmatorlarını oğurlayıb. Hadisə nəticəsində dövlət əhəmiyyətli elektrik xətlərinə ciddi ziyan vurulub. Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Dəyanət Kərimli saxlanılıb. Aparılan araşdırmalar zamanı həmin şəxsin Qaradağ rayonu Lökbatan qəsəbəsində də iki yerdən transformator məntəqələrinə qanunsuz daxil olaraq oradan oğurluqlar etdiyi məlum olub.
Qeyd edilib ki, Dəyanət Kərimli etdiyi oğurluqlar nəticəsində dövlət qurumuna 25 min manata yaxın maddi ziyan vurub.

Faktlarla bağlı toplanan materiallar Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Dəyanət Kərimli barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR