Bakıda üç avtomobil qəzaya uğrayıb, xəsarət alan var - FOTO

Bakıda üç avtomobil qəzaya uğrayıb, xəsarət alan var - FOTO
# 05 fevral 2023 08:30 (UTC +04:00)

Bakının Binəqədi rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, avtoqəza Biləcəri qəsəbəsində qeydə alınıb.

“Toyota” markalı maşının sürücüsü Xurşidbanu Natavan küçəsində yüksək sürətlə hərəkətdə olan zaman yol kənarında dayanan “Mercedes” və “Chevrolet” markalı avtomobillərə çırpılıb.

İdarəetmədən çıxan “Toyota”, yol nişanına və səkiyə çırpılaraq dayanıb.

Qəza nəticəsində “Toyota”nın sürücüsü xəsarət alıb.

Faktı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR