Bakıda üç mağazadan və gözəllik salonundan oğurluq edən qadın tutulub

Bakıda üç mağazadan və gözəllik salonundan oğurluq edən qadın tutulub
# 25 yanvar 2023 12:03 (UTC +04:00)

Bakıda mağazalardan və gözəllik salonundan oğurluq edən şəxs saxlanılıb.

DİN-dən APA-ya verilən məlumata görə, Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində üç mağazadan ümumilikdə 960 manat pul, gözəllik salonlarının birində isə işçinin çantasından içərisində 1550 manat, sənəd, bank kartları və mobil telefonu olan cüzdanını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluq və soyğunçuluğa görə məhkum olunmuş S.Ağayeva müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR