Pakistan vətəndaşları Bakıda həmyerlilərinə qarşı dələduzluq ediblər

Pakistan vətəndaşları Bakıda həmyerlilərinə qarşı dələduzluq ediblər
# 21 sentyabr 2019 12:36 (UTC +04:00)

Bakıda xarici vətəndaşlar aldadılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə müraciət edən 2 Pakistan vətəndaşı sentyabrın 18-də aldadılaraq 3000 ABŞ dolları və 2300 manat pullarının alındığını bildiriblər.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Əməliyyat tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən həmyerliləri saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR