FHN: Yaşayış binasında yanğın zamanı 20-yə yaxın sakin təxliyə olunub - YENİLƏNİB-1 - VİDEO

FHN: Yaşayış binasında yanğın zamanı 20-yə yaxın sakin təxliyə olunub - YENİLƏNİB-1  - VİDEO
# 26 yanvar 2022 16:06 (UTC +04:00)

Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi 61 ünvanında çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı xəsarət alan olmayıb. APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməliyyat növbətçisi İlqar Nəsibov deyib.

Qeyd olunub ki, yanğın sahəsi 85 kvadratmetr olan 3 otaqlı mənzildə qeydə alınıb. Yanğın zamanı 20-yə yaxın bina sakini təxliyə edilib. Yanğınla bağlı 14:40-da məlumat verilib. 14:44-də yanğınsöndürənlər və FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları, 3 yanğınsöndürmə avtomobili hadisə yerinə cəlb olunub.

***

15.13

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-dən APA-ya verilən məlumata görə, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi 61 ünvanında çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Əlavə məlumat veriləcək.

***

15:05

Bakıda yaşayış binası yanır.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi 61 ünvanında çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğınsöndürmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsi üçün yanğın baş verdiyi ünvana cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR