Bakıda yaşayış binasında təhlükəli hal aradan qaldırılıb

Bakıda yaşayış binasında təhlükəli hal aradan qaldırılıb
# 15 iyul 2022 15:54 (UTC +04:00)

Bakıda binanın fasad üzlüyünün bir hissəsi yerindən qoparaq asılı vəziyyətdə qalıb.

APA Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda çoxmərtəbəli yaşayış binasının şüşədən ibarət fasad üzlüyünün bir hissəsinin yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Sakinlərin və ərazidən keçən vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri qeyd olunan ünvana cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində yaranmış təhlükə aradan qaldırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR