Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub
# 10 avqust 2022 12:58 (UTC +04:00)

Bakı şəhərinin Xətai rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 46 m² olan üçotaqlı mənzilin 1 otağında ev əşyaları 5 m² sahədə yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yüksək temperaturdan 1 ədəd pəncərə çərçivəsi qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR