Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub
# 06 yanvar 2023 16:05 (UTC +04:00)

Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə rayonun Cəlil Məmmədquluzadə 56 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumat daxil olduqdan dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilsetmə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub. FHN qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR