Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub
# 02 fevral 2023 14:59 (UTC +04:00)

Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 62 m² olan mənzilin eyvanında həcmi 5 litr olan propan qaz balonunun başlıq hissəsindən sızan maye qaz yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yüksək temperaturdan eyvanın lambirdən ibarət üzlüyü 2 m² sahədə əriyib. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR