Bakıda yaşayış binasında yanğın söndürülüb - VİDEO - YENİLƏNİB-1

Bakıda yaşayış binasında yanğın söndürülüb - VİDEO  - YENİLƏNİB-1
# 18 iyul 2022 17:48 (UTC +04:00)

Bakı şəhərinin Xətai rayonunda hündürmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsindən 17-ci mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 60 p.m yanıb.

APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, tüstülənmiş ərazidən 9-u uşaq olmaqla 32 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

15:20

Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə APA-ya FHN-dən bildirilib.

Əlavə məlumat veriləcək.

***

15:05

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

APA Nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, binanın şaxtasında elektrik kabelləri yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR