Bakıda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB-1

Bakıda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB-1
# 05 yanvar 2022 16:03 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla bağlı məlumat yayıb.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. İlkin məlumata əsasən, yanğın elektrik kabellərinin keçdiyi şaxtada baş verib. Yanğın zamanı sakinlər təhlükəsiz əraziyə təxliyə olunub.

Əlavə məlumat veriləcək.

***

15.31

Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.

APA-nın məlumatına görə, yanğının qarşısı qısa müddət ərzində alınıb, sakinlərin bir qismi təxliyə olunub.

***

15.19

Bakıda çoxmərtəbəli yaşayış binası yanır.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğınsöndürmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsi üçün yanğın baş verdiyi ünvana cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR