Bakıda yaşayış binasının zirzəmisində yanğın olub, xəsarət alan var

Bakıda yaşayış binasının zirzəmisində yanğın olub, xəsarət alan var
# 12 yanvar 2022 18:59 (UTC +04:00)

Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində məişət tullantıları 10 m² sahədə yanıb.

FHN-dən APA-ya verilən məlumata görə, yanğın zamanı 1 nəfər (şəxsiyyəti dəqiqləşdirilir) müxtəlif dərəcəli yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən təcili tibbi yardım briqadasına təhvil verilib. Zirzəminin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR