Bakıda yataq xəstəsi olan bacı ölüb, buna dözməyən qardaş intihar edib - VİDEO

Bakıda yataq xəstəsi olan bacı ölüb, buna dözməyən qardaş intihar edib - VİDEO
# 27 mart 2023 09:22 (UTC +04:00)

Bakıda evdən iki meyit tapılıb.

APA xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1955-ci il təvəllüdlü Aydın Şəmsəddinov evdə özünü asaraq intihar edib.

Evə baxış zamanı 1961-ci il təvəllüdlü yataq xəstəsi olan Səidə Şəmsəddinovanın da meyiti aşkar edilib.

Ailənin yaxınlarının verdiyi məlumata görə, Aydın Şəmsəddinov bacısının ölməsinə dözməyərək intihar edib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR