Bakıda yeniyetmə 14 gün sonra yenidən itkin düşüb

Bakıda yeniyetmə 14 gün sonra yenidən itkin düşüb
# 31 yanvar 2023 09:24 (UTC +04:00)

Bakıda 14 gün qabaq itkin düşən 15 yaşlı oğlan yenidən itkin düşüb.

APA xəbər verir ki, Binəqədi rayon sakini, 2009-cu il təvəllüdlü Nihat Rəhmətulin yanvarın 27-də yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, 15 yaşlı oğlanın itkin düşməsi ilə bağlı yanvarın 13-də məlumat yayılıb. Polis əməkdaşları tərəfindən onun Gəncə şəhərində atasının yanına getdiyi məlum olmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR