Bakıda yeraltı rabitə naqilini oğurlayan şəxslər tutulub

Bakıda yeraltı rabitə naqilini oğurlayan şəxslər tutulub
# 21 yanvar 2022 11:15 (UTC +04:00)

Xəzər rayon Polis İdarəsinim 3-cü Polis Şöbəsinə yanvarın 17-də Qala qəsəbəsi ərazisində Bakı Telefon Rabitəsi MMC-yə məxsus 230 metr yeraltı rabitə naqilinin kəsilərək oğurlanması barədə məlumat daxil olub.

DİN-dən APA-ya verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi və 3-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Şəki rayon sakinləri Ə.Həsənov, H.Mikayılzadə və T.Süleymanov müəyyən edilərək saxlanılıblar.
Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR