Bakıda uşaqlara alkoqollu içkilər və tütün məmulatları satanlar barəsində protokollar tərtib edilib

Bakıda uşaqlara alkoqollu içkilər və tütün məmulatları satanlar barəsində protokollar tərtib edilib
# 21 sentyabr 2019 13:19 (UTC +04:00)

Bakıda satıcılara protokollar tərtib olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

Sentyabrın 20-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində mağazalarda satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.

Xırdalan şəhəri ərazisində 2 mağazanın satıcıları barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.

Bu istiqamətdə reydlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR