Bakıda yeznəsini bıçaqlayan şəxsə yüngül cəza verilib

Bakıda yeznəsini bıçaqlayan şəxsə yüngül cəza verilib
# 22 aprel 2022 12:44 (UTC +04:00)

Bakıda yeznəsini bıçaqlamaqda təqsirləndirilən Fərrux Cəfərovun məhkəməsi başa çatıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim İlham Mahmudovun sədrliyi keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, F. Cəfərov 1 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il Sabunçu rayonu Maştağa qəsəbəsində qeydə alınıb. Lerik rayon sakini Cəfərov Fərrux Məmmədağa oğlu yeznəsi ilə əlbəyaxa dava zamanı onu bıçaqlayıb.

Ona Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham verilib. Onu da qeyd edək ki, Fərrux Cəfərovun 12 övladı var. Yeznəsi ondan şikayətçi olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR