Bakıda yol-nəqliyyat hadisəsi zamanı taksi sürücüsü xəsarət alıb - FOTO - VİDEO

Bakıda yol-nəqliyyat hadisəsi zamanı taksi sürücüsü xəsarət alıb - FOTO - VİDEO
# 08 oktyabr 2019 01:18 (UTC +04:00)

Bakıda sərxoş sürücü avtomobilini digər nəqliyyat vasitəsinə çırpıb, sürücüsü isə ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Əbdülkərim Əlizadə küçəsində baş verib.

Belə ki, "Tofaş" markalı avtomobilin sürücüsü sərxoş vəziyyətdə idarə etdiyi nəqliyyat vasitəsini "London taksi"sinə vurub. Taksi fəaliyyəti ilə məşğul olan sürücü - 38 yaşlı Fariz Lazımov bu zaman avtomobilin qarşısında dönər yeyirmiş. Nəticədə taksi avtomobili zərblə sürücüyə dəyib. F.Lazımov ağır xəsarət alıb.

Hadisə yerində polis əməkdaşları müayinələr aparıb. Müəyyən olunub ki, "Tofaş"ı idarə edən sürücü sərxoş vəziyyətdə olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR