Bakıda yol polisini avtomobil vurub

Bakıda yol polisini avtomobil vurub
# 16 oktyabr 2019 21:45 (UTC +04:00)


Xəzər rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Mərdəkan yolunda baş verib.

Belə ki, ərazidə xidmət aparan Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin kiçik çavuşu Qiyasov Aqşin Yaşar oğlu xidmət apararkən onu minik avtomobili vurub.
Yaralı ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR