Bakıda yol qəzası zamanı bir nəfər xəsarət alıb - FOTO - VİDEO

Bakıda yol qəzası zamanı bir nəfər xəsarət alıb  - FOTO  - VİDEO
# 09 may 2022 05:06 (UTC +04:00)

Bakının Yasamal rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Cəfər Cabbarlı və İbrahim Əbilov küçələrinin kəsişməsində qeydə alınıb.

“Hyundai”markalı avtomobilin sürücüsü Cəfər Cabbarlı küçəsi ilə metronun Nizami stansiyası istiqamətində hərəkətdə olan zaman ikinci dərəcəli yoldan onun qarşısına çıxan “Honda” markalı avtomobillə toqquşub. Qəza nəticəsində 1 nəfər xəsarət alıb. Avtomobillərə ciddi ziyan dəyib.

Hadisə yerinə cəlb olunan Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR