Bakıda yol qəzası zamanı biri körpə olmaqla üç nəfər ölüb - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda yol qəzası zamanı biri körpə olmaqla üç nəfər ölüb - FOTO  - VİDEO  - YENİLƏNİB
# 29 may 2023 04:53 (UTC +04:00)

Xəbərə video əlavə olunub.

***

22.59

Bakının Suraxanı rayonunda ağır yol nəqliyyatı hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Hövsan qəsəbəsi ərazisində baş verib.

Belə ki, Hövsan şossesində Qum adası istiqamətində hərəkətdə olan “Nissan” markalı avtomobilin sürücüsü qəfil yola çıxan üç nəfəri vurub. Ana, uşaq və nənə zərbənin təsirindən hadisə yerində ölüb.

Hazırda Hövsan şossesində hərəkət məhdudlaşdırılıb.

Hadisə şahidləri qəzanın yolun işıqlandırılmaması səbəbindən baş verdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR