Bakıda yol qəzası zamanı iki nəfər xəsarət alıb - FOTO - VİDEO

Bakıda yol qəzası zamanı iki nəfər xəsarət alıb - FOTO - VİDEO
# 25 iyun 2019 04:57 (UTC +04:00)

Nəsimi rayonunda sürücünün kobud yol hərəkəti qaydasını pozması nəticəsində qəza baş verib.


APA xəbər verir ki, rayonun Vaqif prospekti ilə hərəkətdə olan "Mercedes" markalı avtomobilin qarşısına qəfil "VAZ 2107" markalı maşın çıxıb.

"Mercedes"in sürücüsü idarəetməni itirərək "VAZ 2107" markalı minik avtomobilinə çırpılıb. Zərbənin təsirindən "VAZ 2107"-də olan 1987-ci il təvəllüdlü Əhmədov Ceyhun Hakim oğlu və 1991-ci il təvəllüdlü Həşimov Ümid Natiq oğlu sınıq xəsarətləri alıb. Hər iki yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Qəzaya uğrayan avtomobillər cərimə meydançasına yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR