Bakıda yolu keçən piyadanı avtomobil vurub

Bakıda yolu keçən piyadanı avtomobil vurub
# 15 noyabr 2022 01:31 (UTC +04:00)

Paytaxtın Nizami rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, 1996-cı il təvəllüdlü İbrahimov İbrahim Rüstəm oğlu yolu qarşı tərəfə keçmək istəyib.

Bu zaman onu minik avtomobil vurub.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Başından ağır yaralanan piyada təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Elşən Yəhyayev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR