Bakıda yolu keçmək istəyən kişini maşın vuraraq öldürüb

Bakıda yolu keçmək istəyən kişini maşın vuraraq öldürüb
# 12 sentyabr 2019 11:37 (UTC +04:00)

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 11-də saat 18 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini A.İsmayılov idarə etdiyi “Fiat” markalı avtomobillə yolu keçən 55-60 yaşlı kişini vurub. Həmin şəxs xəstəxanaya aparılarkən yolda ölüb.

Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR