Bakıda yük avtomobili qəza törədib - FOTO

Bakıda yük avtomobili qəza törədib - FOTO
# 21 noyabr 2022 06:35 (UTC +04:00)

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, Ələsgər Ağayev idarə etdiyi “Zil” markalı yük avtomobillə qəfil köməkçi yola manevr edib.

Bu zaman yük avtomobili sol zolaqda olan Şəhriyar Əlizadənin idarə etdiyi “Chevrolet” markalı minik maşınına çırpılıb. Zərbənin gücündən minik avtomobili deformasiyaya uğrayıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

“Chevrolet” markalı avtomobilin sürücüsü Ş.Əlizadə APA-ya açıqlamasında yük avtomobilinin sürücüsünün kobud qayda pozduğunu bildirib.

Faktla bağlı əraziyə polislər cəlb edilib.

Baş vermiş qəza ilə bağlı avtotexniki ekspertiza təyin edilib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR