Bakıda yük avtomobilləri toqquşub, xəsarət alan var

Bakıda yük avtomobilləri toqquşub, xəsarət alan var
# 29 iyun 2022 09:17 (UTC +04:00)

Bakıda iki yük avtomobili toqquşub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN)saytına istinadən xəbərinə görə, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda “Shacman” və "МАЗ" markalı iki yük avtomobilinin toqquşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan "Shacman" markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR