Bakıda yük maşını piyadanı üzərindən keçərək öldürüb

Bakıda yük maşını piyadanı üzərindən keçərək öldürüb
# 30 iyul 2022 05:48 (UTC +04:00)

Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ölüb.

APA xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsi ərazisində qeydə alınıb.

1997-ci il təvəllüdlü Əliyev Ümüd Elçin oğlu yol kənarında dayandığı zaman onun üzərindən “Shacman” markalı yük avtomobili keçib. Piyada hadisə yerində ölüb.

Meyit müayinə edilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu rayon şöbəsinə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR