Bakıda yüksək sürətlə hərəkət edən "Priora" taksiyə çırpılıb, xəsarət alanlar var - FOTO - VİDEO

Bakıda yüksək sürətlə hərəkət edən "Priora" taksiyə çırpılıb, xəsarət alanlar var - FOTO - VİDEO
  • Clock-gray 22:51
  • calendar-gray 20 İyul 2019


 
Nərimanov rayonunda yol-nəqliyyatı hadisəsi zamanı iki nəfər xəsarət alıb.


APA xəbər verir ki, qəza Əhməd Rəcəbli küçəsində baş verib.


Belə ki, Şamil Səmədli idarə etdiyi "Priora" markalı avtomobillə təhlükəli manevrlər edərək avtomobili yüksək sürətlə idarə edib. İdarəetmədən çıxan nəqliyyat vasitəsi qarşıda hərəkət edən “London” taksisinə çırpılıb. Zərbənin gücündən taksi  mağazaya dəyib. Nəticədə sürücü Ş.Səmədli və “London” taksisinin sürücüsü xəsarət alaraq 1 saylı şəhər xəstəxanasına aparılıb.


Əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Nərimanov RPİ-nin əməkdaşının APA-ya verdiyi məlumata görə, “Priora” yüksək sürətlə hərəkət edərək təhlükəli manevrlər edib.


Faktla bağlı araşdırma aparılır.
 

Nurlan Əli

Digər xəbərlər

Arxiv

date