Bakıda zavodda fəhlə bədbəxt hadisə nəticəsində ölüb

Bakıda zavodda fəhlə bədbəxt hadisə nəticəsində ölüb
# 06 iyul 2022 10:12 (UTC +04:00)

İyulun 5-də saat 18 radələrində Xəzər rayonu, Qala qəsəbəsi ərazisində yerləşən Bakı elektrik maşınqayırma zavodunda fəhlə işləyən 1985-ci il təvəllüdlü Elfaq Rəhimovun dəmir parçasının dəyməsi nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xəzər rayon prokurorluğundan APA-ya verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR