Bakıda zəncirvari qəza mərkəzi prospektdə tıxaca səbəb olub - FOTO

Bakıda zəncirvari qəza mərkəzi prospektdə tıxaca səbəb olub - FOTO
# 27 noyabr 2022 03:13 (UTC +04:00)

Bakının Səbail rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Neftçilər prospektində qeydə alınıb.

Belə ki, prospektdə olan “KIA” markalı avtomobilin sürücüsü qəfil əyləcdən istifadə edib.

Eyni istiqamətdə həkətdə olan “BMW” markalı avtomobil “KIA”-ya çırpılıb.

Daha sonra həmin istqamətdə olan “Honda” markalı maşın da qəzaya uğrayan avtomobillərə çırpılıb.

Hadisə zamanı Neftçilər prospektində tıxac yaranıb.

Əraziyə polislər cəlb edilib.

Polislərinin köməkliyi ilə avtomobillər yol kənarına yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR