Bakıda zəncirvarı qəza olub, yaralılar var - FOTO - VİDEO

Bakıda zəncirvarı qəza olub, yaralılar var - FOTO  - VİDEO
# 05 yanvar 2023 02:11 (UTC +04:00)

Bakının Binəqədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Svetlana Məmmədova küçəsində qeydə alınıb.

"Toyota Land Cruiser", "Mercedes" və "Khazar" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində "Mercedes" markalı avtomobildə olan üç nəfər ağır dərəcəli bədən xəsarətləri alıb. Onların vəziyyətləri ağır qiymətləndirilir. "Toyota Land Cruiser"də olan bir nəfər də xəsarət alıb. Yaralılar təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Əraziyə polis əməkdaşları cəlb edilib. Hadisənin təfərrüatları araşdırılır.

Elşən Yəhyayev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR