Bakının Binəqədi rayonunda minik avtomobili yanıb

Bakının Binəqədi rayonunda minik avtomobili yanıb
# 06 noyabr 2022 08:25 (UTC +04:00)

Bakı şəhəri Binəqədi rayonunda minik avtomobili yanıb.

APA xəbər verir ki, yanğın 1996-cı il təvəllüdlü Hümbətov Hüseyn Zahid oğluna məxsus 99-NG-114 dövlət qeydiyyat nişanlı “Hyundai” markalı minik avtomobilində qeydə alınıb.

Nəticədə avtomobilin mühərriki və salon hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Elşən Yəhyayev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR