Bakının Binəqədi və Xətai rayonlarında iki nəfəri avtomobil vurub

Bakının Binəqədi və Xətai rayonlarında iki nəfəri avtomobil vurub
# 19 sentyabr 2019 22:13 (UTC +04:00)

Bakıda piyadaların vurulması ilə nəticələnən yol qəzaları baş verib.

APA-nın məlumatına görə, hadisələrdən biri Binəqədi rayonunda qeydə alınıb.

Rayon ərazisində hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən piyada, 1968-ci il təvəllüdlü Mikayılova Səfurə Mirzə qızını vurub. Yaralı xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Digər hadisə isə Xətai rayonunda baş verib. Minik avtomobili Neft Emalı Zavodunun yaxınlığında 1996-cı il təvəllüdlü İlyasova Xəyalə Əvəz qızını vurub. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Ona qarının küt travması diaqnozu qoyulub.

Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR