Bakının mərkəzində baş verən yanğın söndürülüb - FOTO - YENİLƏNİB

Bakının mərkəzində baş verən yanğın söndürülüb  - FOTO  - YENİLƏNİB
# 29 iyun 2022 01:40 (UTC +04:00)

Paytaxtın mərkəzində baş verən yanğınla bağlı rəsmi məlumata yayılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu ərazisində "Qış parkı"nın yaxınlığında yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının tikinti aparılan ərazidə baş verdiyi müəyyən olunub. İlkin məlumata əsasən, təqribən 100 m² sahədə tikinti materialları yanıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Saat 01:20

Bakının Nəsimi rayonunda açıq sahədə yerləşən dayanacaqda yanğın baş verib.

APA xəbər verir ki, hadisə Mirzağa Əliyev və Rəsul Rza küçəsinin kəsişməsində baş verib.

Hadisə şahidlərinin veridiyi məlumata görə yanğından əvvəl bir neçə dəfə partlayış səsi eşidilib.

Nəticədə yaxınlıqda açıq sahədə park halında olan “Mercedes” və “Nissan” markalı avtomobillər yanaraq külə dönüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR