​​​​​​​Bakının mərkəzində restoranda yanğın söndürülüb - FOTO - YENİLƏNİB

​​​​​​​Bakının mərkəzində restoranda yanğın söndürülüb - FOTO  - YENİLƏNİB
# 10 avqust 2022 18:00 (UTC +04:00)

Bakının Nəsimi rayonunda yerləşən "Yüngül cinayətlər" restoranında baş verən yanğın söndürülüb.

APA xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əraziyə cəlb olunan əməkdaşları yanğının qarşısını alıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

***

17.43

Bakının Nəsimi rayonunda yerləşən "Yüngül cinayətlər" restoranında yanğın başlayıb.

APA xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Yanğının söndürülməsi üçün tədbir görülür.

Restoran işçiləri təxliyə olunub. Hadisənin restorandakı kondisionerlərdən birinin elektrik naqilin əriməsi səbəbindən baş verdiyi bildirilir.

Hadisə barədə FHN-in yaydığı məlumatda bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən restoranda yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR