Bakının mərkəzində tıxac yaranıb, 9 avtobus gecikmə ilə hərəkət edir

Bakının mərkəzində tıxac yaranıb, 9 avtobus gecikmə ilə hərəkət edir
# 11 avqust 2022 14:38 (UTC +04:00)

Hazırda paytaxtın Mikayıl Useyinov küçəsində “Azneft” meydanı istiqamətində yaranan sıxlıq səbəbindən 5, 6, 53, 88, 125, 127 və 205 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-18 dəqiqə gecikmə müşahidə olunur.

Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, avtobus zolağının olmasına baxmayaraq digər nəqliyyat vasitələri zolağın tələbini pozurlar. Hazırda 7 müntəzəm marşrut xətti üzrə 9 avtobus sıxlıqda qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR