Bakının mərkəzində zəncirvari qəza baş verib - FOTO

Bakının mərkəzində zəncirvari qəza baş verib  - FOTO
# 09 noyabr 2022 22:51 (UTC +04:00)

Bakının mərkəzində zəncirvari yol qəzası baş verib.

APA xəbər verir ki, qəza Neftçilər və Bülbül prospektlərinin kəsişməsində qeydə alınıb.

Qəza “BakuBus”a məxsus 125 saylı avtobus, "Opel", "Toyota Prius" və "Mercedes" markalı maşınların iştirakı ilə baş verib. Ötmə əməliyyatını düzgün icra etməyən "Opel" markalı avtomobil əvvəlcə avtobusa, daha sonra yol kənarında park edilmiş digər minik avtomobillərinə dəyib.

Avtobusun sürücüsü Məmmədrza Kərimov APA-ya açıqlamasında bildirib ki, qəzaya səbəb "Opel" markalı avtomobilin sürücüsü olub: "Sahil metrosu istiqamətində sağ zolaqla gəlirdim. "Opel" markalı avtomobil ötmə edərkən avtobusa dəyib. Daha sonra yol kənarında dayanmış minik avtomobillərinə çırpılıb".

Hadisə nəticəsində xəsarət alan yoxdur. Əraziyə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Elşən Yəhyayev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR