Bakının Xəzər rayonunda piyadanı avtomobil vurub.
APA-nın məlumatına görə, avtoqəza Buzovna qəsəbəsində qeydə alınıb.
1986-cı il təvəllüdlü Paşayeva Ülviyyə Tahir qızı "BMW" markalı minik maşını tərəfindən vurulub. Yaralı xəstəxanaya yerləşdirilib. Onun hər iki diz qapağının sındığı müəyyən edilib.
Hadisə ilə bağlı araşdırma aparılır.