Bakıda "BMW" piyadanı vuraraq öldürüb - FOTO - YENİLƏNİB - VİDEO

Bakıda "BMW" piyadanı vuraraq öldürüb - FOTO - YENİLƏNİB - VİDEO
# 08 oktyabr 2019 10:26 (UTC +04:00)

Bakıda baş verən yol qəzasında ölən piyadanın kimliyi məlum olub.

APA-nın məlumatına görə, qəza nəticəsində ölən şəxsin, 1967-ci il təvəllüdlü Nadir Əlikişi oğlu Talıbov olması müəyyən edilib.

***

Saat 04:00

Bakının Yasamal rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, avtoqəza Tbilisi prospektində qeydə alınıb.

Belə ki, Xaqani Səfərov idarə etdiyi "BMW" markalı avtomobillə metronun "20 Yanvar" stansiyası istiqamətində hərəkətdə olarkən qəfildən yola daxil olan 50-55 yaşlı kişini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla əlaqədar Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR